...

Bakıda ilk dəfə olaraq İcra Hakimiyyəti nəzdində vahid telefon məlumatlandırma sistemi yaradılacaq

Cəmiyyət Materials 22 Noyabr 2012 16:50 (UTC +04:00)
Binəqədi rayonunda Bakıda ilk dəfə olaraq İcra Hakimiyyətinin nəzdində vətəndaşların telefonla vahid məlumatlandırma sistemi yaradılacaq.
Bakıda ilk dəfə olaraq İcra Hakimiyyəti nəzdində vahid telefon məlumatlandırma sistemi yaradılacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Binəqədi rayonunda Bakıda ilk dəfə olaraq İcra Hakimiyyətinin nəzdində vətəndaşların telefonla vahid məlumatlandırma sistemi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Binəqədi rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov bildirib.

Onun sözlərinə görə, rayon ərazisində yaşayan hər kəs İcra Hakimiyyətində yaradılan dördrəqəmli qısa nömrəyə zəng edərək istənilən sorğunu verərkən cavab ala və yaxud müvafiq quruma yönəldilə bilər.

O qeyd edib ki, rayonda "Elektron hökumət"in yaradılması ilə bağlı xüsusi komissiya formalaşdırılıb.

"Binəqədi rayonunun idarələri arasında elektron sənəd dövriyyəsinə artıq başlanılıb. İkinci mərhələ kimi isə rayonun elektron xəritəsinin hazırlanması prosesinin icrasıdır. Bunun icrası ilə rayonun idarəetməsi asanlaşacaq. Həmçinin, rayon təsərrüfatının elektron xəritə ilə nəzarəti mümkün olacaq", - İmanov deyib.

İmanov qeyd edib ki, videoqəbul layihəsinə də start verilib və vətəndaşlar icra hakimiyyətinə gəlmədən qurumun məsul şəxsləri ilə videoqəbul həyata keçirə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti