Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Milli Məclisin deputatı Novruz Aslanov noyabr ayının 22-də növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib.
Həmişə olduğu kimi, bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq qurumlara müraciətlərin ediləcəyini bildirib.
Həmişə olbuğu kimi bu il də Novruz Aslanovun gördüyü işlər barədə Hesabat toplusu hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, həmçinin ictimaiyyət nümayəndələrinə təqdim edilib.