...

Azərbaycan Səhiyyə Nazirliyi uşaqlara vurulan peyvəndlərlə bağlı narahatlığa aydınlıq gətirib

Cəmiyyət Materials 23 Noyabr 2012 12:52 (UTC +04:00)
Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev uşaqlara vurulan peyvəndlərin keyfiyyətinin aşağı olması ilə bağlı əhalinin narahatlığına münasibət bildirib.
Azərbaycan Səhiyyə Nazirliyi uşaqlara vurulan peyvəndlərlə bağlı narahatlığa aydınlıq gətirib

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev uşaqlara vurulan peyvəndlərin keyfiyyətinin aşağı olması ilə bağlı əhalinin narahatlığına münasibət bildirib.

Trend-in məlumatına görə, Elsevər Ağayev cümə günü jurnalistlərə deyib ki, müəyyən narahatlıqlar Hindistandan gətirilən peyvəndlərlə bağlı yarana bilər.

"Ola bilsin ki, Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıq olsun. Amma biləsiniz ki, bu peyvəndlər ÜST-nin qəbul etdiyi istehsalçıların peyvəndləridir. Yəni ÜST-nin qəbul etmədiyi istehsalçılardan peyvəndlər Azərbaycana gətirilmir", - Ağayev deyib.

O qeyd edib ki, Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır. Bununla yanaşı, müxtəlif fondlar, o cümlədən Rastropoviç- Vişnevskaya Fondu tərəfindən ölkədə peyvəndləmə işləri həyata keçirilir.

Nazir müavininin sözlərinə görə, bu ildən Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı artırılaraq 10-a çatdırılacaq.

Ağayev deyib ki, Azərbaycanın peyvənd proqramını həyata keçirmək istiqamətindəki fəaliyyəti uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur. O, Azərbaycanda peyvəndləmə işlərinin 98 faiz həyata keçirildiyini də açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti