...

Azərbaycanda “Sağlam həyat uğrunda” aylığı keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2012 12:57 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığı keçirəcək.
Azərbaycanda “Sağlam həyat uğrunda” aylığı keçiriləcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər aylığı keçirəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu tədbirlər ölkənin bütün regionlarını əhatə edəcək. SN-in Elmi Tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək. Aylığın məqsədi insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün müayinələr aparmaqdır.

Ağayev deyib ki, insanlar xəstələndikdən sonra onların müalicəsinin aparılması iqtisadi baxımdan baha başa gəlir.

"İnsanların xəstəliklərinin vaxtında aşkarlanması və onları müalicə etmək səhiyyə işçilərinin əsas boprcudur", - nazir müavini əlavə edib.

Belə bir tədbirin Bakıda da təşkil olunduğunu deyən Ağayev bildirib ki, bu aksiyanın ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti