...

Elsəvər Ağayev: İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satışı halları qısa müddətdə aradan qaldırılacaq

Cəmiyyət Materials 23 Noyabr 2012 13:00 (UTC +04:00)
İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satılması ilə bağlı neqativ halların qısa müddət ərzində aradan qaldırılacağı gözlənilir.
Elsəvər Ağayev: İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satışı halları qısa müddətdə aradan qaldırılacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İçlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satılması ilə bağlı neqativ halların qısa müddət ərzində aradan qaldırılacağı gözlənilir. Trend-in məlumatıma görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanlara apteklərdə hələ də rast gəlinir. Amma belə dərmanlar SN tərəfindən içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların satışının ölkə ərazisində dayandırılması barədə qərar verməsinə qədər gətirilib.

"Əvvəldən də bildirmişdik ki, bu proses vaxt aparan işdir. Amma iyunun 1-dən ölkəyə içilk vərəqələri Azərbaycan dilində olmayan dərmanların gətirilməsinə məhdudiyyət qoyulub. Bu sahədə çox müsbət irəliləyişlər əldə olunub", - Ağayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti