...

Bakıda "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 27 Noyabr 2012 13:27 (UTC +04:00)
Bu gündən Bakıda "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin keçirilməsinə başlanılıb.
Bakıda "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Bakıda "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin keçirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Türkiyənin səhiyyə nazirinin müavini Nihat Tosunun iştirakı ilə Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinin başlanmasına həsr edilmiş tədbirdə deyib ki, "Səhyyə həftəsi" dekabrın 3-də başa çatacaq. Hazırda Türkiyənin 24 nəfərlik böyük nümayəndə heyəti Bakıda səfərdədir.

Ağayev deyib ki, "Səhyyə həftəsi" çərçivəsində 30-a yaxın əməliyyatlar keciriləcək. Türk həkimlər azərbaycanlı həmkarları ilə birgə 2 aylıqdan uşaqdan tutmuş 73 yaşa kimi insanlar üzərində əməliyyatlar keçirəcəklər. Bu əməliyyatlar sırasında açıq və qapalı ürək əməliyyatları da olacaq.

Türkiyənin səhiyyə nazirinin müavini Nihat Tosun isə deyib ki, bu əməlliyyatlardan sonra türk həkimlərin bir neçəsi Bakıda qalacaq və edilmiş əməliyyatların sonrakı gedişi ilə maraqlanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti