...

Elsəvər Ağayev: Azərbaycanda ölüm göstəriciləri iki dəfə aşağı düşüb

Cəmiyyət Materials 27 Noyabr 2012 13:50 (UTC +04:00)
Azərbaycanda bəzi xəstəliklərdə xəstələnmə göstəricilərinin artmasına baxmayaraq, ölüm göstəriləri 2 dəfə aşağı düşüb.
Elsəvər Ağayev: Azərbaycanda ölüm göstəriciləri iki dəfə aşağı düşüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəzi xəstəliklərdə xəstələnmə göstəricilərinin artmasına baxmayaraq, ölüm göstəriləri 2 dəfə aşağı düşüb. Trend-in məlumatına görə, bunu akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin başlamasına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, 6-7 il əvvəl qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 60 min nəfər idisə, bu gün onların sayı 160 mindən çoxdur.

Qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayının artmasını dövlətin onlara göstərdiyi qayğı ilə əlaqələndirən Ağayev deyib ki, əvvəllər bu xəstələr qeydiyyata düşmürdülər. Qeydiyyata alınmış xəstələr dövlət hesabına pulsuz dərmanlarla təmin edilirlər.

Nazir müavini bildirib ki, eyni zamanda, onkoloji xəstəliklərin aşkarlanmasında da müsbət dinamika var. Azəraycanda hemodializ seansı aparılan xəstələrin sayı 10 il əvvəl 20 nəfər idisə, bu gün onların sayı 1900-ə yaxınlaşıb. Hazırda ölkədə 24 hemodializ mərkəzi fəaliyyət göstərir. Ağayev deyib ki, irsi qan xəstəlikləri ilə bağlı dövlət proqramının icrası nəticəsində hemofliya və talessimiyadan əziyyət çəkən uşaqlar dövlətin qayğısı ilə əhatə olunub. Təxminən 2200-dən artıq talassemiya, 1200-dən cox hemofiliyalı xəstəyə dövlət tərəfindən qayğı göstərilir.

Ağayev deyib ki, dağınıq skleroz xəstəliyi ilə bağlı qəbul olunmuş yeni qanun nəticəsində artıq gələn ildən etibarən bu xəstəlikdən əziyyət çəkən insanlar dövlət vəsaiti hesabına dərmanlarla təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti