...

BMT-nin rezident əlaqələndiricisi ANAMA-nın direktoru ilə görüşüb

Cəmiyyət Materials 27 Noyabr 2012 17:06 (UTC +04:00)
BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Antonius Broek ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov arasında ikitərəfli görüş keçirilib.
BMT-nin rezident əlaqələndiricisi ANAMA-nın direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Antonius Broek ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov arasında ikitərəfli görüş keçirilib.

ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, agentliyin direktoru qurumun fəaliyyəti, bu günədək həyata keçirilən layihələr, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor və partnyor təşkilatlarla əməkdaşlıq, eləcə də uzun və qısamüddətli strategiyalar barədə geniş məlumat verib.

Görüş zamanı Antonius Broek agentliyin uğurlarının beynəlxalq səviyyədə əks olunduğunu və bəyənildiyini bildirərək, gələcəkdə ANAMA-nın başqa ölkələrə yardım etməsi və öz bilik və təcrübəsini bölüşməsi üçün BMT tərəfindən bütün lazımi şəraitin yaradılacağını deyib.

Rezident əlaqələndirici BMT İnkişaf Proqramının (BMT İP) Avropa və Mərkəzi Asiya üzrə ən uğurlu layihələrini əks etdirən jurnalda ANAMA-ya da layiqli yer verilməsini xüsusi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti