...

Bu il Bakıda 340 minə yaxın sürücü cərimələnib

Cəmiyyət Materials 3 Dekabr 2012 13:08 (UTC +04:00)
Bu il Bakıda yol hərəkəti qaydasını pozan 338 976 sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu il Bakıda 340 minə yaxın sürücü cərimələnib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Bakıda yol hərəkəti qaydasını pozan 338 976 sürücü inzibati məsuliyyətə cəlb olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 11 ayında qeydə alınan pozuntuların 4975-i avtomobilin sərxoş vəziyyətdə idarə olunması, 2200-ü qəza şəraiti yaratma, 1712-si polisin qanuni tələbinə tabe olmama, 9675-i işıqforun qırmızı işiğında keçmə, 4373-ü, avtomobilin yüksək sürətlə idarə olunması, 870-i dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması, 1716-sı ötmə, manevr qaydalarının pozulması, 32 175-i yolayrıcı keçmə qaydalarının pozulması, 343-ü avtoxuliqanlıq, 5046-sı sürücülük vəsiqəsi olmadan avtomobilin idarə olunması, 6559-u pərdə-plyonkalı avtomobil idarəetmə, 203 mini isə digər qayda pozuntuları olub.

Ötən müddətdə 24 055 piyada inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti