...

Azərbaycanın bəzi dövlət ali məktəblərində işçilər ixtisar edilə bilər

Cəmiyyət Materials 4 Dekabr 2012 15:55 (UTC +04:00)
Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra bəzi dövlət ali məktəblərində işçilərin əməkhaqlarında azalma və işçilərin ixtisarı da ola bilər.
Azərbaycanın bəzi dövlət ali məktəblərində işçilər ixtisar edilə bilər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra bəzi dövlət ali məktəblərində işçilərin əməkhaqlarında azalma və işçilərin ixtisarı da ola bilər.

Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, bu qərarın verilməsindən sonra dövlət ali təhsil müəssisələrində işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi məktəblərin Elmi şuralarının səlahiyyətinə verilib. Məktəb rəhbərliyi hər bir işçi ilə əmək müqaviləsi bağlamalı və orada onun üçün müəyyənləşdirdiyi əməkhaqqını qeyd etməlidir.

"Yəqin ki, hələlik əmək müqavilələri işçilərin hazırkı maaşlarını saxlamaq şərtilə bağlanacaq. İndi məktəblərin maliyyə vəsaitləri imkan vermir ki, onlar işçilərinin əməkhaqlarını artırsınlar. Çünki buna vəsait lazımdır. Hətta bəzi yerlərdə işçilərin əməkhaqlarında azalma, işçilərin ixtisarı da ola bilər", - məlumatda qeyd edilib.

Məktəblər büdcələrinə uyğun olaraq, müəllimlərin sayını azalda və ya xarici ölkədən müəllim dəvət edə bilərlər. Bu məsələlər artıq ali məktəblərin öz ixtiyarına verililib.

Məlumata görə, ali məktəb rəhbərlikləri işçiləri üçün əməkhaqlarının məbləğini minimum əməkhaqqından aşağı edə bilməzlər. Amma büdcələri imkan verərsə, işçilərinin əməkhaqlarını artıra bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti