Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.
Trend-in məlumatına görə, konfransda respublikadan 81 nümayəndə iştirak edir.
Konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Konfrans işinə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev heyətin 2004-2012-ci illər ərzində fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.
Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qiymətləndirilib.
Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, İntizam komissiyasının tərkibi müəyyən ediləcək, sədr seçiləcək.
Həmçinin "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamə və Rəyasət Heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunacaq.