...

Azərbaycanda “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2012 10:26 (UTC +04:00)
Azərbaycanda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçiriləcək.
Azərbaycanda “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkil etdiyi forum dekabrın 19-dan 21-dək keçiriləcək. Bu barədə Trend-ə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Foruma dəvət olunan qonaqlar arasında Türkiyə, Misir, İran, İordaniya, Malaziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı, İngiltərə, Fransa, ABŞ və Rusiyadan din sahəsi üzrə çalışan din xadimləri, rəsmi şəxs və mütəxəssislər qatılacaqlar.

Tədbirdə Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməz, İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt vəqflər və islam işləri nazirinin müavini Adel əl Fəlah, Misir Ərəb Respublikası vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd və başqa rəsmi şəxslərlə yanaşı, çoxmilyonlu tele-auditoriyası olan tanınmış ilahiyyatçı Nihat Hatipoğlu, İstanbul Patriarxiyasının Mitropoliti Nikitas, MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin həmsədri Şafiq Pşixaçev, ABŞ-ın Kaliforniya Universitetində (UCLA) "Hillel" Yəhudi Mərkəzinin direktoru Xaim Saidler Feller, məşhur politoloq Heydər Camal və başqalarının da iştirakı gözlənilir.

"Tolerantlıq: konsepsiya və ictimai baxış", "Dövlət-din münasibətlərində müasir meyillər", "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli", "Tolerantlıq və ifadə azadlığı", "Universal Dialoq axtarışında" adlı 5 plenar iclasın keçiriləcəyi Beynəlxalq Forum çərçivəsində qonaqlar İçərişəhərdə dini-mədəni abidələrlə tanış olacaq, "Tolerantlıq ünvanı - Azərbaycan" adlı foto sərgidə iştirak edəcəklər.

Forumun sonunda Bakı Xartiyasının qəbul olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti