...

2012-ci ildə Gürcüstana 849 mindən çox Azərbaycan vətəndaşı səfər edib

Cəmiyyət Materials 17 Dekabr 2012 16:03 (UTC +04:00)
2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstana gələn əcnəbi vətəndaşların sayı 17 375 nəfər olub ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 58 faiz çoxdur.
2012-ci ildə Gürcüstana 849 mindən çox Azərbaycan vətəndaşı səfər edib

Gürcüstan, Tbilisi, 17 dekabr /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstana gələn əcnəbi vətəndaşların sayı 17 375 nəfər olub ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 58 faiz çoxdur. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan Statistika İdarəsindən məlumat verilib.

Yanvar-noyabr aylarında Gürcüstana Avropadan (MDB istisna olmaqla) 1 600 127 turist səfər edib ki, bu da ötənilki göstəricidən 99 faiz çoxdur. MDB ölkələrindən Gürcüstana 2 234 746 vətəndaş gəlib ki, bu da ötənilki göstəricidən 38 faiz çoxdur.

Hesabat dövründə Gürcüstana Asiya ölkələrindən 16 714 (45 faiz çox), Yaxın Şərqdən 14 815 (təqribən 3 dəfə çox), dünyanın başqa ölkələrindən isə 12 729 vətəndaş (6,2 dəfə çox) gəlib.

Bu dövrdə Gürcüstana MDB ölkələri arasında daha çox Azərbaycandan gələnlər üstünlük təşkil edib. Onların sayı 849 021 vətəndaş olub ki, bu da ötənilki göstəricidən 32 faiz çoxdur. Ermənistandan Gürcüstana 804 183 vətəndaş (28 faiz çox) gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti