...

İstanbulda bəzi aviareyslər təxirə salınıb

Cəmiyyət Materials 4 Yanvar 2013 12:45 (UTC +04:00)
В Стамбуле задержаны некоторые авиарейсы
İstanbulda bəzi aviareyslər təxirə salınıb

Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbir R. Hafizoğlu/

Qatı duman səbəbindən Türkiyənin İstanbul şəhərində bəzi aviareyslər təxirə salınıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına görə, reyslərin təxirə salınması əsasən, Sabiha Gökçen aeroportunda müşahidə edilir.

Məlumata görə, qatı duman, həmçinin 5 aviareysin enişinə mane olub.

Krasnodar-İstanbul, Köln-İstanbul, Tehran-İstanbul, Tbilisi-İstanbul və London-İstanbul reysləri güclü duman səbəbindən gecikmə ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti