...

Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir

Cəmiyyət Materials 11 Yanvar 2013 12:02 (UTC +04:00)
Hazırda Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir.
Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, artıq bu ildən hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanılıb.

Nazir hesab edir ki, bu qaydalar kifayət qədər sərtləşib.

Qarayev deyib ki, Şahdağ Qış Yay Turizm Kompleskinin birinci mərhələsinin tikintisi və xarici infrastrukturun yaradılması başa çatıb və yeni mərhələ üzrə tikinti işlərinə başlanılıb. Bu kompleks 2015-ci ilədək tam həcmdə işə düşəcək.

"Bu kompleks Azərbaycana gələn qonaqlar üçün cox maraqlı yer olacaq. Gələn il bu kompleksə böyük axın gözləyirik. Növbəti il 500-ə qədər yerləşdirmə otağı qurulacaq", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti