...

Tibbi-sosial ekspertiza və reabilitasiya ilə bağlı yeni kitab nəşr olunub

Cəmiyyət Materials 14 Yanvar 2013 16:26 (UTC +04:00)
"Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları" adlı yeni kitab nəşr olunub.
Tibbi-sosial ekspertiza və reabilitasiya ilə bağlı yeni kitab nəşr olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

"Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları" adlı yeni kitab nəşr olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi kitabda tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı Azərbaycan Respublikasının qanunları, Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarları, o cümlədən nazirliyin təlimati-metodiki göstərişləri, məktub və əmrləri toplu halında əksini tapıb.

İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. Belə ki, 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert komissiyalarında və Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir.

Yeni kitabda əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi meyarları, əlilliyin səbəbləri, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya müəsissəsinə qəbul edilməsi, onların bərpa-müalicə xidməti ilə, həmçinin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu arabalarla, protez-ortopedik vasitələrlə təmin olunma və s. ilə bağlı qaydalar da yer alıb. Bu isə kitabın tibbi-sosial ekspertiza və reabilitasiya xidmət ilə bağlı hüquqi maarifləndirmə baxımından daha geniş oxucu auditoriyası üçün əhəmiyyətli olduğunu qeyd etməyə əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti