...

Coğrafiya İnstitutu: Azərbaycanda sellərə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir

Cəmiyyət Materials 18 Yanvar 2013 13:37 (UTC +04:00)
Azərbaycanda mütəxəssislərin iştirakı ilə daha geniş şəkildə tədqiqat işləri apaılmalı və sellərlə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir.
Coğrafiya İnstitutu: Azərbaycanda sellərə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mütəxəssislərin iştirakı ilə daha geniş şəkildə tədqiqat işləri apaılmalı və sellərlə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir. Trend-in məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunmuş iclasında Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib.

Onun sözərinə görə, bu gün sellərin qarşısını almaq üçün daha aktiv mübarizə tədbirləri aparılmalıdır. Bu tədbirlərdən biri kimi çayların ətrafında meşələr salmaq olar.

Qaşqay deyib ki, bu gün bəzi mütəxəssislər heç bir tədqiqatın nəticələrinə səaslanmadan Azərbaycanın su ehtiyatının azalması barədə fikir yürüdürlər. Bu fikirləri əsassız sayan şöbə müdiri deyib ki, onlar bu fikirləri söyləyərkən çayların aşağı axınlarında suyun azalması, bəzilərində isə quruması ilə izah edirlər.

Onun sözlərinə görə, əslində, Azərbaycanın mövcud su ehtiyatları yetərlidir. Bu gün Azərbaycanın 10,3 kub kilometr həcmində yerli su ehtiyatları var, 20,6 kub kilometr həcmində su ehtiyatı isə tranzit çaylar hesabına formalaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti