...

Azərbaycanda “Akkreditasiya haqqında” qanun hazırlanıb

Cəmiyyət Materials 23 Yanvar 2013 14:47
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Akkreditasiya haqqında" qanun layihəsi hazırlayıb.
Azərbaycanda “Akkreditasiya haqqında” qanun hazırlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Akkreditasiya haqqında" qanun layihəsi hazırlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Komitədən bildirilib.

Qanun ölkədə akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq, kalibirləmə və inspeksiya hesabatlarının tanınmasını, istehlakçıların, digər maraqlı tərəflərin uyğunluğun qiymətləndirilməsi nəticələrinə dair əminliyini təmin etmək, o cümlədən akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq üçün Azərbaycan akkreditasiya sistemini beynəlxalq və regional akkreditasiya sisteminə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

Qanun layihəsinin hazırlanmasında Avropa Birliyinin Komitə ilə birgə həyata keçirdiyi "Twinning" layihəsinin beynəlxalq mütəxəssisləri iştirak ediblər. Sənəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqının tələbləri əsasında təkmilləşdirilib və beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılıb. "Akkreditasiya haqqında" qanun layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

Bu Qanun layihəsi Azərbaycan Respublikasının akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya proseduralarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını və onların standartlarını müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti