...

DİN: Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və Baş Polis İdarəsinin rəisi ilə bağlı yayılan məlumatlar əsassız və qərəzlidir

Cəmiyyət Materials 23 Yanvar 2013 18:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyi müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı yayılan məlumatları həqiqətəuyğun olmayan, əsassız və qərəzli hesab edir.
DİN: Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və Baş Polis İdarəsinin rəisi ilə bağlı yayılan məlumatlar əsassız və qərəzlidir

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Daxili İşlər Nazirliyi müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı yayılan məlumatları həqiqətəuyğun olmayan, əsassız və qərəzli hesab edir.

DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə olduğu kimi, respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də geniş quruculuq və abadlıq işləri aparılır, mövcud problemlərin həlli ilə bağlı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilib və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir. Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir", - DİN-in məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti