...

Məleykə Abbaszadə: Azərbaycanda 12 illik sistemlə təhsil alanlar ali məktəblərə attestat qiymətləri əsasında qəbul edilə bilərlər

Cəmiyyət Materials 7 Fevral 2013 15:39 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində 12 illik sistemlə təhsil alan şəxslər ali məktəblərə yalnız attestat qiymətləri əsasında qəbul edilə bilərlər.
Məleykə Abbaszadə: Azərbaycanda 12 illik sistemlə təhsil alanlar ali məktəblərə attestat qiymətləri əsasında qəbul edilə bilərlər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində 12 illik sistemlə təhsil alan şəxslər ali məktəblərə yalnız attestat qiymətləri əsasında qəbul edilə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Trend-ə deyib ki, Azərbaycanda orta məktəblərdə 12 illik təhsil sisteminə kecid son nəticədə qəbul sistemində dəyişikliyə də səbəb olacaq.

"Təbii ki, bu sistem qəbulda dəyişikliyə səbəb olacaq. Bu proseslər təhsil prosesində gedəndə biz də onu izləyəcək və dəyişiklik həyata keçirəcəyik. 12 ildən sonra yəqin ki, elə attestata əsasən məzunlar ali məktəblərə qəbul oluna biləcəklər", - Abbaszadə deyib.

O bildirib ki, 12 illik təhsil sisteminə keçid üçün çox ciddi işlər aparılmalıdır. Yeni kurikulumlar, yeni proqramlar, yeni dərsliklər hazırlanmalı, müəllimlərin hazırlığı aparılmalıdır.

"Hazırda V siniflər üçün nəzərdə tutulmuş kurkulumlar 11 illik təhsil sisteminə hesablanıb. Onlar 6 ildən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Gələn il oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir", - TQDK sədri əlavə edib.

Qeyd edək ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti