...

Azərbaycandan müflis elan olunmuş "Aerosvit" aviaşirkətindən Ukraynaya alınan 1 milyonadək biletin ödənişlərinin qaytarılması üzrə mübahisələr aparılır

Cəmiyyət Materials 8 Fevral 2013 14:48 (UTC +04:00)
Azərbaycandan müflis elan olunmuş “Aerosvit” aviaşirkətindən Ukraynaya alınan 1 milyonadək biletin ödənişlərinin qaytarılması üzrə mübahisələr aparılır.
Azərbaycandan müflis elan olunmuş "Aerosvit" aviaşirkətindən Ukraynaya alınan 1 milyonadək biletin ödənişlərinin qaytarılması üzrə mübahisələr aparılır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycandan müflis elan olunmuş "Aerosvit" aviaşirkətindən Ukraynaya alınan 1 milyonadək biletin ödənişlərinin qaytarılması üzrə mübahisələr aparılır.

Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) cümə günü keçirilən toplantısında qurumun rəhbəri Nahid Bağırov jurnalistlərə bildirib ki, müştərilər turizm şirkətlərinə ödənişin qaytarılması tələbi ilə gəlirlər, lakin turizm şirkətləri heç bir məbləği özündə saxlamır, mərkəzləşdirilmiş BSP sisteminə ötürür.

"BSP mərkəzləşdirilmiş ödəniş sistemi kimi fəaliyyət göstərir və bütün satılan biletlərin təminatçısı rolunu daşıyır. Lakin bugünkü halda BSP Azərbaycandan "Aerosvit" şirkətindən alınan biletlərin dəyərinin qaytarılmasından imtina edir və ödənişin Ukrayna dövlətindən tələb olunmasını bəhanə gətirir", - Bağırov deyib.

Fevralın 13-dən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Kiyev-Bakı-Kiyev birbaşa aviareyslərini həyata keçirməyə başlayacaq.

Müflisləşməyə başlayan Ukraynanın "AeroSvit" aviaşirkəti fevraldan Kiyev-Bakı marşrutu üzrə aviareyslərin həyata keçirilməsini dayandırıb.

"Aerosvit" aviaşirkəti tələbləri yüksək səviyyədə yerinə yetirə bilməməsi səbəbindən bu bazarı tərk etməyə məcbur olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti