...

Londonda “Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu” adlı Forumu keçirib

Cəmiyyət Materials 14 Fevral 2013 11:08 (UTC +04:00)
ASAIF Londonda Böyük Britaniya Parlamentinin İcmalar Palatasında "Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu" adlı Enerji Forumu keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASAİF-dən bildirilib.
Londonda “Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu” adlı Forumu keçirib

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir M.Əliyev/

ASAIF Londonda Böyük Britaniya Parlamentinin İcmalar Palatasında "Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu" adlı Enerji Forumu keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASAİF-dən bildirilib.

Forumun keçirilməsində əsas məqsəd hazırda təhsil alan gənclərə gələcək işlərində faydalı ola biləcək və regionda baş verən siyasi proseslərin analizində yardımcı ola biləcək informasiyaların verilməsi, Azərbaycan və Türkiyənin Avropa üçün artan əhəmiyyətini, və xüsusilə Azərbaycanın ixraçatçı kimi stabil və enerji təhlükəsizliyinin qarantoru olduğunu, erməni işğalçı siyasətinin 90-cı illərdə Azərbaycan üçün yaratdığı çətin dövrə baxmayaraq indiyədək əldə olunan iqtisadi, siyasi və sosial inkişafını bildirmək və Prezident İlham Əliyevin birbaşa iştirakı və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın rolu ilə ərsəyə gələn, Türkiyə ilə əməkdaşlıq nəticəsində uğurla davam etdirilən TANAP layihəsinin nəticələri və Avropa üçün əhəmiyyətindən bəhs etmək idi.

Tədbirin digər təşkilatçısı isə Birləşmiş Krallıqda fəaliyyət göstərən Türk Təbələrinin Şəbəkəsi təşkilatı - Network of Students (NOS) olub.

Tədbirdə Azərbaycan tərəfindən Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, SOCAR-ın London Ofisinin direktoru Rüfət Əfəndiyev və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının yaradıcılarından və yeni hökümətin ilk Xarici İşlər Naziri olmuş Yaşar Yakış, Türkiyənin Böyük Britaniyadakı konsulu Ahmet Demirok, Global Resources Corporation-nın sədri Mehmet Öğütçü, yerli parlamentar - Britaniyalı Millət Vəkili Eric Joyce və 250-yə dək Britaniyada təhsil alan və məzun olan Azərbaycanlı və Türkiyəli gənclər və 15-dən artıq müxtəlif ölkəni təmsil edən digər xarici vətəndaşlar iştirak ediblər.

Forumun açılış nitqini ASAIF-in sədri Ramin Həkimov iştirakçıları salamlayaraq və forumun təşkilatçıları olan NOS və ASAIF haqqında məlumat verərək etdi. Daha sonra forumun moderatoru Mehmet Öğütçünün sədrliyi ilə forum öz işinə başladı. İki saat davam edən tədbirdə ekspertlər Avropanın enerji təhlukəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı və Türkiyənin tranzit rolunun önəmi, bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi və prosesin təsviri və Azərbaycanın Qarabağ reallıqları və erməni işğalının Avropa enerji təhlükəsizliyinə və regiondakı sülh və stabilliyə olan mənfi təsirindən geniş şəkildə bəhs olundu. Panel spikerlərinin çıxışından sonra isə forum cavab-sual sessiyası ilə başa çatdı və bağlanış nitqi olaraq Ramin Həkimov qonaqlara və iştirakçılara göstərdikləri böyük marağa və diqqətə görə təşəkkür etdiyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti