...

Azərbaycan KİV-lərində tibb müəsissələri ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq

Cəmiyyət Materials 14 Fevral 2013 11:28 (UTC +04:00)
Azərbaycanın tibb müəsissələrində insanların sağlamlığına təhlükə törədəcək hallarla bağlı Kütləvi İnformasiya Vasitələrində məlumat yayıldığı halda bu məsələlər Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.
Azərbaycan KİV-lərində tibb müəsissələri ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın tibb müəsissələrində insanların sağlamlığına təhlükə törədəcək hallarla bağlı Kütləvi İnformasiya Vasitələrində məlumat yayıldığı halda bu məsələlər Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda ölkə Prezidentinin fərmanı ilə Səhiyyə Nazirliyinin əsasnaməsində dəyişiklik edilib.

"Əsasnamənin 9-cu maddəsində nazirliyin hüquqları təsbit olunub. Bu, yeni bir mərhələ deyil. Bu hüquqlar əvvəl də var idi. Sadəcə olaraq, bu deyilən məsələlərə, yəni insan həyatı üçün təhlükə törədəcək halda tibb müəssisələrinin fəaliyyətinə nəzarət bu əsasnamə ilə də Səhiyyə Nazirliyinə həvalə olunub", - Ağayev deyib.

O qeyd edib ki, dövlət müəssisələrində tibbi xidmətin təşkili ilə bağlı olan narazılıqlar, yaxud Baş Prokurorluğa insanlar tərəfindən olunan müraciətlər də nazirliyin yaratdığı komissiyalar tərəfindən araşdırılır. Bu araşdırmalar nəticəsində günahı olanlar cəzalandırılır.

"Bəzən olur ki, insanlar xəstə olduğuna görə emosiyalı olurlar, narazılıqlarını bildirilər. Sonradan isə narazılıqlarının olmadığını deyirlər",- nazir müavini qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə görə, 9.11-1-ci yarımbənd əlavə edilib ki, tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti