...

"İrəli" İqtisad Mərkəzi yeni layihəyə start verir

Cəmiyyət Materials 15 Fevral 2013 12:42 (UTC +04:00)
"İrəli" İqtisad Mərkəzi “Təcrübi İqtisadiyyat” adlı yeni layihəyə start verir.
"İrəli" İqtisad Mərkəzi yeni layihəyə start verir

Azərbaycan, Bakı, 15 fevral /Trend/

"İrəli" İqtisad Mərkəzi "Təcrübi İqtisadiyyat" adlı yeni layihəyə start verir.

Layihədə iştirakçılar nəzəri hissə ilə yanaşı, daha çox praktiki biliklər əldə edəcəklər. Layihə iştirakçıları iqtisadiyyatın hər hansı bir sahəsi üzrə əvvəlcədən təyin olunmuş 3 mövzu istiqamətində müvafiq araşdırmalar edəcəklər. İştirakçılar komandaların tərkibində müvafiq mövzu üzrə araşdırmalarının yekunu olaraq təqdimat hazırlayacaqlar. Hər mövzunun təqdimatından sonra yalnız ən güclü komandalar layihədə iştiraklarını davam etdirə biləcək.

Sonda qalib komanda üzvləri üçün müvafiq sahə üzrə tanınmış şirkətlərin birində bir günlük praktiki tanışlıq seminarı təşkil olunacaq. İştirak edəcək şəxslər müəssisənin əməkdaşları ilə görüşəcək, iş prosesini izləyəcək, araşdırdıqları sahənin nəticələrini müəssisəyə bildirəcək və diskussiya edəcəklər.

"İrəli" İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli qeyd edib ki, layihə iştirakçılarının istehsalat prosesi ilə tanış olması, iş prosesini yerindəcə öyrənməsi layihənin əsas məqsədidir: "Gənclər nəzəri hissələri bilsələr də, təcrübədə bu proseslərin çoxu ilə tanış deyillər. Məhz "Təcrübi İqtisadiyyat" layihəsinin bu istiqamətdə öz töhfəsini verəcəyinə əminəm".

Layihəyə qoşulmaq istəyən şəxslər 23 fevral tarixinə qədər "İrəli" İctimai Birliyinin rəsmi saytında yerləşdirilən onlayn ərizə formasını dolduraraq müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti