...

Bakıda yeni yol qovşaqlarının tikintisi davam etdirilir (VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2013 17:00 (UTC +04:00)
Bakının yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi işləri uğurla davam etdirilir.
Bakıda yeni yol qovşaqlarının tikintisi davam etdirilir (VİDEO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bakının yol infrastrukturunun yeniləşdirilməsi məqsədilə yeni yol qovşaqlarının, piyada keçidlərinin tikintisi işləri uğurla davam etdirilir.

Dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə tədbirlər planının təsdiq edilməsi haqında sərəncamları bu istiqamətdə çox mühüm addım oldu. Əsasən, paytaxtda nəqliyyatın intensiv olduğu müxtəlif ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin inşasına başlanıldı. Bu mühüm obyektlərin istifadəyə verilməsi üçün zəruri tədbirlər görüldü.

Artıq ölkə başçısının təsdiq etdiyi proqram çərçivəsində 2006-2012-ci illər ərzində 37-yə yaxın yol qovşağı müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilib.

Hazırda Qələbə meydanında, Ziya Bünyadov prospektinin Əbdul Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev, Əhməd Rəcəbli, Böyük Şor, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi işləri həyata keçirilir.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti