...

Azərbaycanda elm adamlarının stimullaşdırılması universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına həyata keçiriləcək

Cəmiyyət Materials 22 Fevral 2013 10:51 (UTC +04:00)
Azərbaycanda elm adamlarının stimullaşdırılması büdcə vəsaiti hesabına deyil, universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Azərbaycanda elm adamlarının stimullaşdırılması universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına həyata keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elm adamlarının stimullaşdırılması büdcə vəsaiti hesabına deyil, universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. O deyib ki, bu məsələ parlamentdə yeni hazırlanan "Elm haqqında" qanun layihəsində əks olunub.

Hacıyev qeyd edib ki, qanun layihəsində elm adamlarının stimullaşdırılması üçün geniş miqyaslı tədbirlər nəzərdə tutulur. Qanunda həvəsləndirmə tədbirlərindən lazımi dərəcədə istifadə olunub.

"Qanun layihəsinin fərqli xüsusiyyəti ondan ibarətdir ki, bu tədbirlərin həyata keçirilməsi büdcə vəsaitləri hesabına deyil, universitetlərin və elmi təşkilatların öz vəsaitləri hesabına olacaq. Sadəcə olaraq, bunun üçün hüquqi baza yaratmaq lazımdır",- Hacıyev deyib.

Deputatın sözlərinə görə, qanun elm adamlarına çox ciddi stimul yaradacaq. Qanun layihəsi gələn həftə Elm və təhsil komitəsində müzakirə ediləcək.

"Qanun bu səpkidə ilk dəfədir ki, müzakirəyə çıxarılır. Vaxtilə ötən əsrin 90-cı illərində belə layihə olub. Amma bir neçə müzakirədən sonra geri qaytarılıb" - komitə sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti