...

Azərbaycanda doktorantlara təhsil aldıqları müddətdə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 22 Fevral 2013 11:20 (UTC +04:00)
Doktorantlara təhsil aldıqları müddətdə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məcliisn Elm və təhsil komitsinin sədri Şəmsəddin Hacıyev deyib.
Azərbaycanda doktorantlara təhsil aldıqları müddətdə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi nəzərdə tutulur

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Doktorantlara təhsil aldıqları müddətdə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məcliisn Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

"Hazırda doktorantlara təhsil aldıqları müddətdə möhlət hüququnun verilməsi məsələsini baxılır. Ona görə də mənə elə gəlir ki, bu məsələ MM-də müsbət həll olunacaq.

"Onlar 3 il ərzində müdafiə edib, elmi dərəcə almalıdırlar",- Haciyev deyib.

Deputatın sözlərinə görə, təcrübə göstərir ki, doktorantların heç 10 faizi də 3 il ərzində müdafiə edə bilmirlər. O qeyd edib ki, il ərzində cəmi 500 adam doktoranturaya qəbul olunur. Onların da yarıdan çoxu qızlardır.

Hacıyev deyib ki, elmə gənc insanlar gəlməlidir.

"Təcrübə göstərir ki, hərbi xidmətə getmək istedadlı gənclərin bir çoxunu elmdən uzaqlaşdırır. Bu məsələni qaldıracağıq. Bu məsələdə müstəsna səlahiyyət ölkə prezidentinə məxsusdur", deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti