...

Şəmsəddin Hacıyev: Özəl ali məktəblərdə təhsil haqları ƏDV-dən azad edilməməlidir

Cəmiyyət Materials 22 Fevral 2013 11:48 (UTC +04:00)
Dövlət ali məktəblərində təhsil haqlarının ƏDV-dən azad edilməsi universitetlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib.
Şəmsəddin Hacıyev: Özəl ali məktəblərdə təhsil haqları ƏDV-dən azad edilməməlidir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Dövlət ali məktəblərində təhsil haqlarının ƏDV-dən azad edilməsi universitetlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib.

O qeyd edib ki, bu vəsaitlər universitetlərin infrastrukturunun yaradılmasına, maddi-texniki bazasının möhkəmlənməsinə, həm də müəllimlər üçün əlavə əməkhaqlarının verilməsinə sərf olunur.

Hacıyevin sözlərinə görə, bu qərar özəl ali məktəblərə aid deyil.

"Kommersiya hüquqlu şəxslər ƏDV-dən azad olunmamalıdır. Təhsil haqqında qanun müzakirə ediləndə, belə bir məsələ qalxmışdı. Amma biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Özəl ali məktəblər ƏDV-dən azad olunmaq istəyirlərsə, Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqlu şəxs kimi qeydiyyatdan keçsinlər və bu imtiyazlardan faydalansınlar", - Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti