...

Səhiyyə Nazirliyi Zaqatalada baş vermiş ana və körpə ölümü ilə bağlı ilkin araşdırmanın nəticəsini açıqlayıb

Cəmiyyət Materials 12 Mart 2013 15:50 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı və onun dünyaya gəlməmiş körpəsinin martın 11-də baş vermiş ölümü ilə bağlı apardığı ilkin araşdırmaların nəticəsini açıqlayıb.
Səhiyyə Nazirliyi Zaqatalada baş vermiş ana və körpə ölümü ilə bağlı ilkin araşdırmanın nəticəsini açıqlayıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı və onun dünyaya gəlməmiş körpəsinin martın 11-də baş vermiş ölümü ilə bağlı apardığı ilkin araşdırmaların nəticəsini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli çərşənbə axşamı Trend-ə bildirib ki, Rəşidə Sadıyeva martın 5-də Zaqatala Mərkəzi Rayon Xəstəxanasının qadın məsləhətxanasına ağrı və hərarətlə əlaqədar müraciət edib. Ona həkimlər tərəfindən bronxo pnevmaniya diaqnozu qoyulub. Rayonun baş ginekoloqu, baş pediatri, baş reanimatoloqu, baş ftiziatr və baş infeksionisti tərəfindən konsilium keçirilib.

Qədirli deyib ki, xəstənin vəziyyətinin müalicəyə tabe olmadığı müşahidə edilib. Rəşidə Sadıyevanın ixtisaslaşdırılmış tibbi yardım almaq üçün mama-ginekoloqun nəzarəti altında reamobil vasitəsilə Respublika Klinik Xəstəxanasına təxliyyə edilməsi haqqında qərar qəbul edilib. Qobustan rayon ərazisindən keçən zaman xəstənin vaxtından tez dölyani mayesi açılıb və qəfləti ölüm baş verib.

O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala və Balakən rayon şöbələri tərəfindən cəsədin yarılması işi həyata keçirilir. Bunun əsasənda da ölümün dəqiq səbəbi müəyyənləşdiriləcək.

Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası da məsələ ilə bağlı araşdırma aparacaq və ölümdə həkimin gühanının olub-olmaması barədə qərar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti