...

Azərbaycanda mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün sənəd vermiş həkimlərin sayı açıqlandı

Cəmiyyət Materials 27 Mart 2013 15:20 (UTC +04:00)
Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün elan edilmiş 2000-ə yaxın vakant yerin ilkin olaraq, yalnız 100-nə işə qəbul üçün 150 nəfər müraciət edib.
Azərbaycanda mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün sənəd vermiş həkimlərin sayı açıqlandı

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün elan edilmiş 2000-ə yaxın vakant yerin ilkin olaraq, yalnız 100-nə işə qəbul üçün 150 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli çərşənbə günü Trend-ə bildirib ki, ilk imtahan sabah saat 10.00-da Bakıda keçiriləcək. Müsabiqə iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Qədirli bildirib ki, müraciət edənlərin yalnız bir qismi sabah imtahan verəcək. Namizədlərin bir hissəsi isə aprelin 2-də imtahan verəcək. İlk imtahanın nəticələri martın 29-da açıqlanacaq. Aprelin 2-də də imtahan keçirildikdən sonra II mərhləyə buraxılmış namizədlərə müsahibənin vaxtı barədə məlumat veriləcək.

Qədirli deyib ki, namizədlər daha cox Bakıdakı tibb müəssisələrindəki vakanat yeriləri seçiblər.

Qeyd edək ki, SN-in tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən aparılır. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinə fevralın 18-dən başlanıb. Müsabiqənin belə formada keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti