...

Azərbaycanda həkimlərin işə qəbulu üçün keçirilmiş ilk imtahanının nəticələri yaxın saatlarda məlum olacaq

Cəmiyyət Materials 28 Mart 2013 12:12 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu üçün keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanının nəticələri yaxın saatlarda məlum olacaq.
Azərbaycanda həkimlərin işə qəbulu üçün keçirilmiş ilk imtahanının nəticələri yaxın saatlarda məlum olacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu üçün keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanının nəticələri yaxın saatlarda məlum olacaq. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, bu gün keçirilən imtahanda 27 ixtisas üzrə 100 vakansiya uğrunda 110 nəfər namizəd mübariz aparıb.

Müsabiqə iki mərhələli keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Qədirli bildirib ki, müraciət edənlərin yalnız bir qismi sabah imtahan verəcək. Namizədlərin bir hissəsi isə aprelin 2-də imtahan verəcək. Aprelin 2-də də imtahan keçirildikdən sonra II mərhləyə buraxılmış namizədlərə müsahibənin vaxtı barədə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti