...

Azərbaycanda aprel ayı üçün gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 29 Mart 2013 11:28 (UTC +04:00)
Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.
Azərbaycanda aprel ayı üçün gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin aprel ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın əvvəlində hava şəraiti nisbətən sabit və mülayim keçəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr temperatur 7-12, ayın ikinci yarısının bəzi günlərində 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 23-33 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 4-9, ayın ikinci yarısının bəzi günlərində 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 17-22 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 34-59 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 10-15 dərəcə isti olacaq, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 54-83 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 12-15 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 18-23 dərəcə isti olacaq, bəzi günlərdə 25-29 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 31-54 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 9-13 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərində 22-27 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 29-126 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12, bəzi günlərdə 13-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23 dərəcə isti olacağı, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcəyi gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasından az, bəzi yerlərdə isə normaya yaxın (norma 30-49 mm) olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 12-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 12-14 dərəcə isti təşkil edəcək. Ayın birinci yarısında dağlarda 0-5 dərəcə isti olacağı gözlənilir. Gündüzlər temperatur 16-21, bəzi günlərdə 25-30 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az (norma 41-72 mm) olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti