...

Azərbaycanda mərkəzləşdirilmiş qaydada işə qəbul olmaq istəyən 70 həkim imtahandan kəsildi

Cəmiyyət Materials 2 Aprel 2013 17:34 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu üçün keçirdiyi ilk mərkəzləşdirilmiş imtahanda iştirak etmiş namizədlərin 80-i uğur qazanaraq növbətə mərhələyə buraxılıb.
Azərbaycanda mərkəzləşdirilmiş qaydada işə qəbul olmaq istəyən 70 həkim imtahandan kəsildi

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu üçün keçirdiyi ilk mərkəzləşdirilmiş imtahanda iştirak etmiş namizədlərin 80-i uğur qazanaraq növbətə mərhələyə buraxılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli çərşənbə axşamı Trend-ə bildirib ki, imtahanda iştirak etmiş 110 nəfər namizəddən 70-i kəsilib. İmtahanda iştirak etmiş həkimlər 27 ixtisas üzrə 100 vakansiya uğrunda mübariz aparıblar.

Qədirli deyib ki, imtahanda uğur əldə edən namizədlər üçün müsahibə aprelin 4-də keçiriləcək.

Müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, ilk işə qəbul imtahanı martın 28-da, ikinci imtahan isə bu gün keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti