...

Fransa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanla təcrübəsini bölüşəcək

Cəmiyyət Materials 4 Aprel 2013 12:42 (UTC +04:00)
Fransalı ekspertlər Azərbaycanda 2015-ci ildə keçiriləcək Birinci Avropa Olimpiya Oyunları üçün təcrübələrini bölüşməklə bağlı Bakıya səfər edəcəklər.
Fransa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanla təcrübəsini bölüşəcək

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir E.Mehdiyev/

Fransalı ekspertlər Azərbaycanda 2015-ci ildə keçiriləcək Birinci Avropa Olimpiya Oyunları üçün təcrübələrini bölüşməklə bağlı Bakıya səfər edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye cümə axşamı jurnalistlərə bildirib.

Səfir bildirib ki, bununla bağlı Fransada təhlükəsizlik sektorunda işləyən şirkətlər də dəvət ediləcək. "Onlar təhlükəsizlik sahəsində yeni texnologiyalar təqdim edəcək və Azərbaycanla bu sahədə əməkdaşlıq qurmağa çalışacaqlar", - Monye deyib.

Səfir qeyd edib ki, əməkdaşlıq çərçivəsində Fransanın Daxili İşlər Nazirliyinin nümayəndələrinin səfər edəcəyi gözlənilir.

Fransa bir çox məsələlərdə Azərbaycanla öz təcrübəsini bölüşmək niyyətindədir", - səfir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti