...

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2013 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində seminar keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə Komitənin sədri Seymur Orucov bildirib ki, əməyin mühafizəsinin təşkili, ona nəzarət bununla bağlı hüquqi prosedurların işlənib hazırlanması, həyata keçirilməsi və icrası Həmkarlar İttifaqı olaraq ən ümdə vəzifələrdəndir.

Tədbirdə həmçinin sədr müavini Rəşad Səfərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Əməyin Mühafizəsi şöbəsinin mütəxəssisi Muradov Nadir, Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsindən etimadlı həkim Mənsurov Zöhrab, hüquq şöbəsinin mütəxəssisi Ələkbərova Könül iştirak edib.

Tədbirdə çıxış edən Könül Ələkbərova öz çıxışında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu özündə təsbiq edir. Hər bir müəssisə idarə və təşkilat ölkənin müvafiq qanunvericilik və normativ aktlarında əks olunmuş Əməyin Mühafizəsi Normaları Qaydaları və Prinsiplərinə əməl etməyə borcludur.

Daha sonra tədbirdə əməyin mühafizəsi, təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə nəzarətin gücləndirilməsi, işçilərin təhlükəsiz iş qaydaları üzrə biliklərin yoxlanılması, onların lazımi fərdi və kollektiv mühafizı vasitələri ilə təmin olunması , istehsalat zədələnməsi peşə xəstəliyi zərərli və təhlükəli istehsalat amillərinin səviyyəsinin aşağı salınması istiqamətində işlərin görülməsi müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Əməyin mühafizəsi gününün keçirilməsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatı hər il tədbirlərin keçirilməsi barədə göstərişlər verir. Belə ki 2013-cü ildə Peşə xəstəliklərinin profilaktikası devizi altında tədbirlərin keçirilməsi təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti