...

"Aura" Sağlamlıq Mərkəzində skvoş yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2013 16:12 (UTC +04:00)
Aprelin 7-də "Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzində jurnalistlər üçün skvoş oyunu üzrə məşq keçirilib.
"Aura" Sağlamlıq Mərkəzində skvoş yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Aprelin 7-də "Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzində jurnalistlər üçün skvoş oyunu üzrə məşq keçirilib.

Məşqi Mərkəzin bu idman növü üzrə peşəkar məqşçisi Tahir Namazov aparıb. Məşqdən sonra 10-a yaxın jurnalist skvoş yarışında iştirak edib. Yarışda qalib olan jurnalistlərə "Aura" Sağlamlıq Mərkəzindən hədiyyə sertifikat verilib.

"Excelsior Hotel Baku" hotelinin Əməliyyat departamentinin direktoru Kemal Diler bildirib: "Skvoş - böyük tennis və badmintonla yanaşı, oyun və idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Məhz buna görə də skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur".

Qeyd edək ki, "Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. "Excelsior Hotel Baku" hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.

"Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" delüks, 9 "Duke" standard otaqlar, iclas otaqları, biznes mərkəzləri, restoranlar və "Aura" Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti