Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən və əsas məqsədi təhlükəsizlik tədbirlərini gücləndirmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq olan "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" şüarlı təhlükəsizlik aylığına dəstək olub.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, aylıq çərçivəsində əhalinin diqqətini yuxarıdakı məsələlərə cəlb etmək və həmrəylik nümayiş etdirmək məqsədilə sürücülərdən gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələri xahiş olunub.
NİİM bu çağırışa dəstək olaraq paytaxta yerləşən və şəhərin küçə və prospektlərində nəqliyyat axını barəsində məlumat verən informasiya tablolarında bu aylığa qoşulmaq barədə çağırış yerləşdirib.