...

Azərbaycanda əlavə təhsil almış müəllimlərin əməyinin stimullaşdırılması təklif edilir

Cəmiyyət Materials 16 Aprel 2013 10:25 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ölkədə əlavə təhsil (ixtisasartırma, kadrların yenidən hazır­lanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) alan pedaqoji kadrların əməyinin stimullaşdırılmasını təklif edib.
Azərbaycanda əlavə təhsil almış müəllimlərin əməyinin stimullaşdırılması təklif edilir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ölkədə əlavə təhsil (ixtisasartırma, kadrların yenidən hazır­lanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) alan pedaqoji kadrların əməyinin stimullaşdırılmasını təklif edib.

İnstitutun direktoru Abdulla Mehrabov Trend-ə bildirib ki, əlavə təhsili başa vuran mütəxəssis öz əməyinin ödənilməsindəki fərqi hiss etməlidir.

Mehrabov qeyd edib ki, "Əlavə təhsilin təşkili Qaydaları "nın yenidən hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiq olunması mühüm əhəmiyyət kəsb edir.

İnstitut direktorunun sözlərinə görə, stimullaşdırmanın mexanizmi hələ müəyyən edilməsə də, hər bir rayon, şəhər təhsil şöbəsi, məktəb direktoru həmin müəllimin əməyini stimullaşdıra bilər. Bu stimullaşdırma tədbirləri əlavə təhsil almış kadrın vəzifədə yüksəldilməsi, ona müəyyən mükafatların verilməsi və s. ola bilər.

İnstitut direktorunun sözlərinə görə, hər bir məktəbin fondu olmadığından əlavə təhsil alan müəllimlərin əməkhaqqına əlavələrin edilməsi bir qədər çətindir. TN də bu məsələləri özü həll edə bilməz. Əlavə təhsil alanların əməyinin stimullaşdırılması məsələsinin qanunvericiliyə daxil edilməsi üçün də müəyyən qurumlar tərəfindən təkliflər hazırlanmalı və təsdiqlənməlidir.

"Əlavə təhsil dedikdə, ilk növbədə ixtisasartırma nəzərdə tutulur. İxtisasartırmanın əsas məqsədi müəllimlərin ehtiyacının ödənilməsidir. Müəllimlərin ehtiyacının ödənilməsi üçün ixtisasartırmanın həyata keçirilməsinə rəsmi qaydada icazə verilmiş müxtəlif təşkilatlar tərəfindən müxtəlif proqramlar hazırlanır. Müəllimlər həmin proqramlar əsasnda öz ehtiyaclarını müəyyənləşdirir və ehtiyaclarının ödənilməsi ilə bağlı həmin təşkilata müəyyən sifarişlər göndərirlər. Bundan sonra treninqlər keçirilir. Həmin treninqlərdə iştirak edərək sertifikat alan şəxslərin əməyi yerlərdə stimullaşdırılmalıdır", - Mehrabov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti