...

Belarus Prezidenti: Bakı konfransı MDB-nin dini təşkilatlarının əməkdaşlığının möhkəmləndirilməsinə töhfə verəcək

Cəmiyyət Materials 16 Aprel 2013 12:08 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı ilə əlaqədar Azərbaycanı təbrik edib.
Belarus Prezidenti: Bakı konfransı MDB-nin dini təşkilatlarının əməkdaşlığının möhkəmləndirilməsinə töhfə verəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M. Əliyev/

Belarus Prezidenti Aleksandr Lukaşenko "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransın açılışı ilə əlaqədar Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, Prezidentin Bakıda keçirilən konfrans iştirakçılarına təbrikini Belarusun Azərbaycandakı səfiri Aleksandr Patskeviç təqdim edib.

"Bu çətin zəmanəmizdə ənənəvi dəyərlərin möhkəmləndirilməsi və vətəndaşlıq həmrəylinin təsdiqi getdikcə daha çox aktuallıq qazanır. Dinlərarası konstruktiv dialoq beynəlxalq ictimaiyyətin, ölkə və xalqların sülhsevərlik prinsipləri əsasında birləşməsinə yardım edir", - Lukaşenkonun təbrik məktubunda deyilir.

Belarus Prezidentinin fikrincə, konfrans MDB-nin dini təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi və fəallaşması işinə güclü təkan verəcək.

Prezident Lukaşenko yekunda bütün konfrans iştirakçılarına uğurlar və əminamanlıq arzulayıb.

Qeyd edək ki, bu gün Bakıda "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti