...

Azərbaycanda magistraturaya qəbul olunanlara hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir

Cəmiyyət Materials 17 Aprel 2013 16:12 (UTC +04:00)
Azərbaycanda magistraturaya qəbul olunanlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı yenilik gözlənilir.
Azərbaycanda magistraturaya qəbul olunanlara hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda magistraturaya qəbul olunanlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı yenilik gözlənilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Trend-ə bildirib ki, bu yaxınlarda müzakirəyə çıxarılacaq "Elm haqqında" qanun layihəsində magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələnin əks olunacağı gözlənilir.

"Hərbi xidmətdən sonra gənclər bir çox hallarda elmdən uzaqlaşırlar. Bu bir sıra obyektiv səbəblərdən baş verir. Amma yaxşı olardı ki, təhsilin fasiləsizlik prinsipi əsas götürülərək magistrlərə möhlət hüququ verilsin", - Hacıyev deyib.

Komitə sədri vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında borcunu yerinə yetirməli, hərbi xidmət keçməlidir.

"Burada söhbət yalnız möhlət hüququnun verilməsindən gedir. Bu məsələ də "Elm haqqında" qanunda öz əksini tapa bilər", - o deyib.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsili davam etdirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti