...

Azərbaycanda ilk dəfə imtahanla işə qəbul olunmuş həkimlərin sayı açıqlandı

Cəmiyyət Materials 17 Aprel 2013 17:06 (UTC +04:00)
Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair keçirdiyi ilk müsabiqənin yekun nəticələri açıqlanıb.
Azərbaycanda ilk dəfə imtahanla işə qəbul olunmuş həkimlərin sayı açıqlandı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair keçirdiyi ilk müsabiqənin yekun nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli çərşənbə günü Trend-ə bildirib ki, müsabiqə iki - test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir. Müsabiqənin müsahibə mərhələsinin nəticələrinə əsasən, 34 həkim işə qəbul edilib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.

Qədirli deyib ki, həkimlərin işə qəbulu üçün növbəti sənəd qəbulunun aprelin sonunda aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti