Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Mehdiyev/
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı keçiriləcək Gül bayramına hazırlıq məqsədilə paytaxtın mərkəzi yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Əsədov bildirib ki,Gül bayramına hazırlıq məqsədilə Heydər Əliyev Sarayının qarşısındakı yol -Bülbül küçəsi ilə Füzuli küçəsinin kəsişməsi qeyri müəyyən vaxtadək bağlanıb.
Bakı yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi xahiş edir.
Qeyd edək ki, hər il 10may - Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı qeyd edilir.