...

Ortaq türk tarixi Azərbaycan və Türkiyədə yuxarı sinif şagirdləri üçün dərslik kimi istifadə ediləcək

Cəmiyyət Materials 29 Aprel 2013 13:26 (UTC +04:00)
Azərbaycan və Türkiyə tarixçilərinin birgə araşdırmaları nəticəsində yazılacaq ortaq türk tarixi orta məktəblərdə V sinifdən yuxarı şagirdlər üçün dərslik kimi istifadə ediləcək.
Ortaq türk tarixi Azərbaycan və Türkiyədə yuxarı sinif şagirdləri üçün dərslik kimi istifadə ediləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Türkiyə tarixçilərinin birgə araşdırmaları nəticəsində yazılacaq ortaq türk tarixi orta məktəblərdə V sinifdən yuxarı şagirdlər üçün dərslik kimi istifadə ediləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, həmin vəsaitin həm Azərbaycan, həm də Türkiyənin orta məktıəblərində vahid bir dərslik kimi istifadəsi planlaşdırılır.

Mahmudov qeyd edib ki, hazırda türkdilli xalqların ortaq türk tarxinin yazılması üçün işlər aparılır.

"Biz Azərbaycanda artıq ortaq türk tarixinin yazılmasına başlamışıq. Çalşırıq ki, Türkiyədə də bizim təcrübəmizdən istifadə olunsun. Türk tarixçiləri bu dərsliyin yazılması üçün Azərbaycana tez-tez gəlirlər", - Mahmudov deyib.

Onun sözlərinə görə, ortaq türk tarixində türk xalqlarının qədim, orta əsr dövr tarixinə, eləcə də bütün tarixinə yeni, bütün türk dünyası üçün qəbul edilən bir baxış hazırlayacaqlar.

İnstitut direktoru bildirib ki, əvvəlcə türk dünyasının məşhur şəxsiyyətləri, bundan sonra qədim türk dövlətləri, daha sonra isə ortaq tarixi abidələr haqqında məlumatların dərsliyə daxil edilməsi üçün işlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti