...

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 15:33 (UTC +04:00)
Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları 12 iyun-28 iyun tarixlərində baş tutacaq.
Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları 12 iyun-28 iyun tarixlərində baş tutacaq. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Koordinasiya Komitəsinin birinci iclasının yekunu üzrə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə yarışlar 19 idman növü üzrə keçiriləcək və yarışlarda 6351 idmançı iştirak edəcək.

Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil.

Rəhimov qeyd edib ki, dünən Bakıdakı idman qurğuları nümayiş olunub, komissiyanın nümayəndələri müxtəlif idman obyektlərində, Olimpiya kəndində olublar, artıq orada bir mənzil hazırdır və nümayəndələr bu mənzili çox bəyəniblər.

Nazirin sözlərinə görə, komissiyanın görüşündə, əsasən, loqo və veb-saytın hazırlanması ilə bağlı təkliflər irəli sürülüb, eyni zamanda, açılış və bağlanış mərasimləri, medalların təqdimatı ilə bağlı təkliflər verilib.

Onun sözlərinə görə, hazırda müzakirələr davam etdirilir. "Biz bu oyunları yüksək səviyyədə keçirə bilərik, biz buna inanırıq və çalışacağıq ki, Avropada ən yüksək idman tədbirinə ev sahibliyi edək", - Rəhimov deyib.

Rəhimov həmçinin qeyd edib ki, Bakı əməliyyat komitəsi yaradılıb və hazırda Olimpiya kəndində fəaliyyətə başlayıb. Xaricdən də mütəxəssislər cəlb olunub ki, bu da gələcəkdə daha böyük yarışların keçirilməsi üçün təcrübə qazanmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti