...

Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2013 16:58 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidmətində (DMX) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana tərəfindən kitab sərgisi keçirilib.
Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Dövlət Miqrasiya Xidmətində (DMX) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana tərəfindən kitab sərgisi keçirilib.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışıb. Nəbiyev bildirib ki, ümummilli lider Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin, elmin, təhsilin inkişafı istiqamətində önəmli addımlar atıb. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Xidmət rəisi qeyd edib ki, hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini dərindən dərk edir. Bu dahi şəxsiyyətin liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynayıb.

DMX-nin rəisi bu gün ulu öndərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli sərgi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Dövlət Miqrasiya Xidməti ilə birgə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə dolğun məlumat almaq üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin hər bir vətəndaşı tərəfindən dahi şəxsiyyətin irsinin, zəngin dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsi Azərbaycanın parlaq gələcəyinə xidmət edir.

Sonra Firudin Nəbiyev tərəfindən Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərliyə xatirə hədiyyəsi və Xidmətin rəsmi nəşri olan "Miqrasiya" jurnalı təqdim edilib.

Tədbirdən sonra Xidmət əməkdaşları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini əks etdirən 1000-ə yaxın ədəbiyyat, həmçinin, fotoşəkillər nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti