Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsi ilə bağlı Bakının əsas prospekt və küçələrində hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Əsədov bildirib ki, paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov, Səməd Vurğun, Füzuli küçələri, Bülbül prospekti, Zərifə Əliyeva, Puşkin küçələri bazar günü səhər saat 10:00-dan başlayaraq tədbir başa çatanadək bağlı olacaq.
Velosipedçilər qeyd olunan marşrutlar üzrə 12 dəfə dövrə vuracaq. Yariş Azadlıq meydanından start götürüləcək.
Bakı yol polisi sürücülərdən həmin küçə və prospektlərdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.