Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi müəllimləri attestasiyadan keçirməyi nəzərdə tutur.
Trend çərşənbə axşamı Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, müəllim nüfuzunun yüksəldilməsi, onların maddi təminatı, tədris prosesinin keyfiyyətinin qaldırılması nazirliyin diqqət mərkəzindədir. Müəllimlərin attestasiya məsələsi isə həmin siyasətin tərkib elementi olacaq.
Məlumatda qeyd edilib ki, attestasiya attestasiya xatirinə deyil, Təhsil Nazirliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsində istifadə edilən vasitə olmalıdır. Bu baxımdan qeyd olunan mövzuları əhatə etməklə, attestasiyanın mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur.