...

"Qolos Karabaxa" qəzetinin 100-cü sayı işıq üzü görüb

Cəmiyyət Materials 15 May 2013 11:54 (UTC +04:00)
"Qolos Karabaxa"-"Voice of Karabakh" qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibəti ilə dəyirmi masa keçirilib.
"Qolos Karabaxa" qəzetinin 100-cü sayı işıq üzü görüb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

"Qolos Karabaxa"-"Voice of Karabakh" qəzetinin 100-cü sayının işıq üzü görməsi münasibəti ilə dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən keçirilən tədbirdə elm adamları, ictimai xadimlər və qeyri-hökumət təşkiatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən təşkilatın sədri Nadir Abdullayev bildirib ki, qəzet Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, qəzetdə ermənilərin Azərbaycan ərazisində məskunlaşması, məskunlaşdığı dövrdən bəri azərbacanlılara qarşı soyqırım siyasəti, Azərbaycana qarşı işğalçılıq siyasəti, yüz münlərlə insanın doğma yurdundan didərgin düşməsi, milli maddi-mədəniyyət abidələrinin dağıdılmsı və erməniləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər, ATƏT-in Minsk qrupunun uzunmüddətli və səmərəsiz fəaliyəti və s. sahələrlə bağlı məsələlər yer alıb. Qəzet ingilis və rus dillərində daha çox Azərbaycandan kənarda, dünyanın 64 ölkəsində Azərbaycan diaspor təşkilatları tərəfindən yayılır. Bu baxımdan qəzetin çox böyük oxucu kütləsi var.

Qəzetin redaktoru Qədir Nəsirov bildirib ki, qəzetin ilk sayından qarşıya qoyulan məqsəd və vəzifə çərçivəsində işləməyə səy göstərilib.

"Təssüf ki, əlverişli təbliğat vasitəsi olan "Qolos Karabaxa"-"Voice of Karabakh" qəzetindən lazımınca yararlanmırıq. Məsələ burasındadır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, diaspor təşkilatlarımızın əksər çoxluğu bu qəzeti alıb yaşadıqları ölkədə yaymaq məsələsinə inanılmaz laqeydlik nümayiş etdirirlər. Halbuki bu, cüzi poçt xərcinə başa gələn bir işdir. Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin bu sahədə köməyinə ciddi ehtiyac var".

Qeyd edək ki, "Qolos Karabaxa"-"Voice of Karabakh" qəzeti 2004-cü ildə təsis edilib. Qəzetin təsisçisi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovdur.

Qəzetdə "Azərbaycan", "Qarabağ", "Siyasət və cəmiyyət", "Qarabağ müharibəsi", "Azərbaycanın işğal olunmuş əraziləri", "Tarix və ermənilik", "Erməniliyin fəsadları", "Dünya və ermənilik", "Azərbaycanlıların soyqırımı", "Xocalı", "Azərbaycanın Milli qəhrəmanları", "Azərbaycan tarixinin şanlı səhifələri", "Tarixin qara səhifələri", "Qanlı yaddaş", "Erməni terroru" və s. rubrikalar yer alır.

Ümumiyyətlə, sözügedən qəzetin indiyədək çap olunmuş 100 sayında 1700-dən artıq yazı dərc olunub. Bunlardan 1400-ə yaxını bilavasitə Ermənistan-Azərnbaycan münaqişəsi, 820-dən çoxu analitik, 670-i tarixi faktlar və materiallardır. Dərc olunmuş məqalələrin 320-si qeyri-azərbaycanlı müəlliflərin, 110-u isə elm adamlarınındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti