...

Rus bölməsi abituriyentləri üçün keçirilən "Azərbaycan dili" imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 May 2013 17:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə keçirdiyi imtahanın nəticələrini açıqlayıb.
Rus bölməsi abituriyentləri üçün keçirilən "Azərbaycan dili" imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.

İmtahanda iştirak etmək hüququ olan 8407 abituriyentdən 327 nəfəri imtahana gəlməyib, 10 nəfəri isə imtahan qaydaların pozduğu üçün imtahan prosesindən kənarlaşdırılıb.

İmtahanda iştirak edən 8070 abituriyentdən 7233 nəfəri müsabiqə şərtini ödəyib və "məqbul" qiyməti alıb. Onlardan 2977 nəfərini oğlanlar, 4256 nəfərini qızlar, 2158 nəfərini əvvəlki illərin məzunları, 5075 nəfərini isə cari ilin məzunları təşkil edir.

Mayın 19-da keçirilən imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2013-ci il iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti