Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Bu gün Azərbaycanda orta məktəblərdə "son zəng" çalınır.
Trend-in məlumatına görə, bu il Azərbaycanda orta məktəblərin XI sinfini 91 484 nəfər şagird bitirərək məzun olacaq.
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə 216 734 nəfər şagirdin buraxılış siniflərinin məzunu olacağı gözlənilir. Onların 125 250 nəfəri IX, 91 484 nəfəri isə XI sinfi bitirəcək.
Bu tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə tələbələrin gözlənilən buraxılışı 26 137 nəfər olacaq. Nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10 399 nəfər təşkil edir.